8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Şrifti böyüt:
Çap et

4 martda AMEA Nəsimi adına Dilçilik İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli çıxışında qadınların cəmiyyətdə, respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi yeniliklərə imza atdıqlarını bildirib.
Daha sonra Nadir Məmmədli qadınları təbrik edib, onlara cansağlığı, firavan həyat, fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda bir qrup qadın Həmkarlar Təşkilatı tərəfindən Fəxri fərmanla təltif olunub.