Dilçi alim Kaliforniya Universitetində BMT-nin əməkdaşlığı ilə keçirilən beynəlxalq konfransda iştirak edib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdir əvəzi fil.ü.f.d. dosent Vəfa Abdullayeva-Nəbiyeva 29 may-2 iyun tarixlərində Kaliforniya Universitetində (UCLA) BMT-nin UN Department of Global Communications, Civil Society Unit, UN-Habitat, IOM, UNEP və IAAI qurumlarının əməkdaşlığı ilə keçirilmiş International Youth Conference 9-da Azərbaycanı (Azərbaycan Milli Elmlər Akademiyasını) təmsil edib. Konfransda Vəfa Abdullayeva-Nəbiyeva Asiya kontingentini təmsil edən gənc lider kimi təhsildə inklüzivlik, təhsilin əlçatanlığı mövzusunda məruzə ilə çıxış edib.