"DİVANÜ LÜĞAT-İT-TÜRK” - ZAMANIN ENSİKLOPEDİYASI

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 2023-cü ildə əldə etdiyi arxiv materialı - Xalid Səid Xocayevin tərcüməsi əsasında hazırladığı 3 cildlik nəşri Xalq şairi Nəriman Həsənzadəyə təqdim etmişdir. Professor Nadir Məmmədli “Cahan” adlandırdığı bu əsərin tarixi və məzmunu barədə qısa məlumat vermiş və bu nəşri Azərbaycan türkologiyasının tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmişdir: “Bu əsər lüğət deyil, XI əsrin əvvəllərində türk tayfalarının dil-ləhcə fərqlərini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini, elmini öyrənməyə imkan verən zamanın ensiklopediyasıdır.”

Xalq şairi Nəriman Həsənzadə tarixi əhəmiyyətli əsərin nəfis tərtibatda nəşr edib ərsəyə gətirdiyi üçün minnətdarlığını bildirmişdir: “Azərbaycan elm camiəsinə əvəzsiz töhfədir. Akademik səviyyədə hazırladığınız bu nəşr Mahmud Kaşğari timsalında ulu türk və türkçülük naminə əzm və fədakarlıq, qətiyyət tələb edən böyük bir işin öhdəsindən gəlmisiniz. Gələcəkdə geniş tədqiqat obyektinə çevriləcək “Divanü lüğat-it-türk” əsərini - dəyərli bir elmi mənbəni mənə hədiyyə etdiyiniz üçün təşəkkür edirəm”.