Dilçilik İnstitutunda Elm Gününə həsr olunmuş sessiya

Şrifti böyüt:
Çap et

Martın 28-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elm Gününə həsr olunmuş onlayn elmi sessiya keçirilib.
Dilçilik İnstitutundan məlumat verilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğının bariz nümunələrindən biridir. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir.
Baş direktor çıxışında son illərdə Dilçilik İnstitutunda aparılan uğurlu elmi-tədqiqat işlərindən də bəhs edib. Vurğulayıb ki, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın elm və ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Sessiyada professor İsmayıl Məmmədli “Azərbaycan lüğətçiliyinin tarixi”, professor Məhərrəm Məmmədli “Azərbaycan dialektologiyasının inkişaf dövrləri”, dosent Şəbnəm Həsənli Qəribova “Azərbaycan dilçiliyinin inkişafında qadın alimlərin rolu” mövzularında məruzə ilə çıxış ediblər.