“Nitqin sosial və psixolinqvistik baxımdan tədqiqi” – yeni nəşr

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutu Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin aparıcı elmi işçisi Zülfiyyə Musavinin “Nitqin sosial və psixolinqvistik baxımdan tədqiqi” adlı kitabı çap olunub.

Kitabın birinci bölümündə nitqin müxtəlif yaş qrupları üzrə sosial və psixolinqvistik baxımdan tədqiqi, ikinci bölümdə isə nitq fəaliyyətinin produktiv və reseptiv növlərinin sosial və psixolinqvistik baxımdan tədqiqi mövzularından bəhs olunur.

Dilçilik İnstitutunun vəsaiti hesabına “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində işıq üzü görən nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, dosent Gülsüm Hüseynova, rəyçiləri dosentlər Nəzakət Qaziyeva və Gültəkin Əliyevadır.