Dilçilik İnstitutunda doktorant və dissertantların attestasiyaları keçirilib

Şrifti böyüt:
Çap et

4 apreldə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda elmlər doktorluğu proqramı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib. Attestasiya institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin sədrliyi ilə keçirilib.
Attestasiyada 27 nəfər doktorant və dissertant iştirak edib. İclasda doktorant və dissertantların il ərzində apardıqları elmi-tədqiqat işlərinin hesabatları dinlənilib, onlara müvafiq məsləhətlər verilib.
Sonda attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib. Mövcud tələbləri yerinə yetirən doktorant və dissertantlar növbəti təhsil ilinə buraxılıblar.