4 noyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutnda Elmi şuranın iclası
keçirilib. Elmi şuranı giriş sözü ilə professor Nadir Məmmədli gündəlikdə
olan məsələləri diqqətə çatdırıb.
İclasda qış sessiyaları doktorluq imtahanları komissiyası və 2024-cü
ilin-elmi tədqiqat işlərinin yoxlanması ilə əlaqədar komissiyaların yaradılması
müzakirə olunub.
Nitq mədəniyyəti və monitorinq şöbəsi üzrə şöbə müdiri, Türk dilləri
şöbəsi üzrə baş elmi işçi , Qədim dillər və mədəniyyətlər şöbəsi üzrə aparıcı
elmi işçi , Terminologiya şöbəsinə kiçik elmi işçi vəzifələrinə Elm qəzetində
dərc olunmuş elana əsasən müsbiqələr keçirilib, hesablayıcı komissiyalar
yaradılıb.
Sonda elmi katib filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva
gündəlikdə məsələləri diqqətə çatdırıb.
Şrifti böyüt:
Çap et