Noyabrın 8-i Nyu-Yorkda Turkevində Mahmud Kasğarinin "Divanı lüğət-it türk" əsərinin 86 il sonra
tapılmış repressiya qurbanı, özbək əsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk
əlyazmasının nəşrinin təqdimatı və sərgisi keçirilib. Layihə rəhbərinin UNESCO GYC üzvü, UNESCO
Elektoral qrupunun eksperti, UNESCO Dünya Dilləri Atlası layihəsinin koordinatoru, AMEA Nəsimi adına
Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru,
dosent Vəfa Abdullayeva-Nəbiyeva olduğu və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət
Komitəsinin xüsusi dəstəyi ilə keçirilən bu tədbir hibrid formada baş tutub. Bu il əsərin 950 illik yubileyi
çərçivəsində keçirilən silsilə tədbirlərdən bu tədbiri fərqləndirən ən əsas məqam Xalid Səid Xocayevin
yadigarı Kanadada yaşayan nəvəsi Əfruz Məmmədovanın ailəsi ilə birgə tədbirdə iştirak etməsi olub.
Tədbir ideya müəllifi və səsləndirməsi Vəfa Abdullayeva-Nəbiyevaya məxsus olan "Divan"-ın tarixinə həsr
olunmuş video təqdimat və daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin nitqi ilə açıq
elan olunmuşdur. Tədbirdə Avropa Şurası parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin
üzvü, Milli Məclisin sədr müavini, AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru,
AMEA-nın həqiqi üzvü, professor Rafael Hüseynov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
Türk Mədəniyyətində rezonans yaradan bu böyük tapıntının müəllifi, Türk Dil Qurumunun fəxri üzvü
professor Nadir Məmmədli, Türk Mədəniyyəti və İrsi Fondunun birinci katibi Leyla Həsənova, ADPU-nun
Beynəlxalq Əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Özbəkistan Milli Elmlər
Akademiyasının vitse-prezidenti professor Bəhrəm Abdulxalimov, görkəmli türkoloq Xalid Səid Xocayevin
nəvəsi Əfruz Məmmədova, tədqiqatçı-jurnalist, Azərbaycan folklorşünası, publisist, AMEA Folklor
İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil, Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin
müdiri Almaz Ülvi Binnətova, BDU-nun professoru Yeganə İsmayılova çıxış etmişlər.
Tədbirdə ideya müəllifinin dos.Vəfa Abdullayeva- Nəbiyevanın olduğu Xalid Səid Xocayevin həyatı,
yaradıcılığı, ailəsi haqqında bəhs edən qısa metrajlı bədii film də nümayiş olunmuşdur.
Həmçinin tədbirdə Xalid Səid Xocayevin həyat və yaradıcılığının əks olunduğu sərgi də keçirilib. Sərgidə
kitabın AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Ön söz” müəllifi olduğu və elmi redaktoru Türk
Dil Qurumunun rəhbəri professor Osman Mertin olduğu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun
direktoru professor Nadir Məmmədlinin rəhbərliyi ilə nəşrə hazırlanmış və çap olunmuş yeni nəşri, Xalid
Səid Xocayevin arxivi- "Keçmiş günlər", "Müxtəsər üslubiyyat", elmi-publisistik əsərlərinin siyahısı, özü
yazdığı tərcümeyi-halı, ailə fotoları, Xalid Səid Xocayevin həyat və yaradıcılığından bəhs edən kitablar
nümayiş olunmuşdur.
Tədbirdə iştirak edən qonaqlar sırasında Azərbaycanın BMT yanında Daimi Nümayəndəlik, Türk
Amerikan Yönləndirmə Komitəsi (TACS) üzvləri və digər türk ölkələrinin nümayəndələri vardı.
Şrifti böyüt:
Çap et