“Naxçıvan dilçilik məktəbi” (Bakı, “Elm və təhsil”, 2024, 552 səh.) kitabı nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan bu kitabda Azərbaycan dilçiliyinə böyük töhfələr verən Naxçıvan dilçilik məktəbinin tarixi və alimləri haqqında geniş məlumat verilib. Naxçıvanda yetişən alimlərin Azərbaycan dilinin tarixini, qədim abidələrini, müasir ədəbi dilini, elmi irsini və tarixi qaynaqlarını tədqiq edib üzə çıxarılmasında, beynəlxalq səviyyədə tanınmasında, eləcə də dünya dilçiliyində aparıcı yer tutan yeni sahələrin tədqiqində mühüm rolu vardır. Əsərdə də Azərbaycan dilçiliyinin müxtəlif istiqamətlərində tədqiqat aparan Naxçıvan dilçilərinin həyat və yaradıcılığı, eləcə də dilçilik elminin inkişaf istiqamətləri ilə bağlı tədqiqatları ətraflı şəkildə təqdim olunub. Kitab, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın həmmüəllifliyi ilə yazılıb. Əsər akademik Möhsün Nağısoylunun elmi redaktorluğu və bir sıra tanınmış alimlərin rəyləri əsasında nəşr edilmişdir.Bu dəyərli əsər, tələbələr, müəllimlər və tədqiqatçılar üçün əvəzsiz bir mənbədir.
Şrifti böyüt:
Çap et