AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin hazırladığı
“Məmmədəmin Rəsulzadə –140” adlı məqalələr məcmuəsi çapdan çıxmışdır.
Topluda Azərbaycan Milli Demokratik Respublikasının ilk qurucusu, ictimai
xadim və mütəfəkkir Məmmədəmin Rəsulzadənin əsərlərinin dil və üslub
xüsusiyyətlərindən, o cümlədən ana dili və əlifba məsələsi barədə maarifçi
görüşlərindən, publisistikasının dil və üslub xüsusiyyətlərindən, onun türk ədəbi
dilinə dair baxışlarınmdan bəhs olunur. Böyük ictimai xadimin siyasi və ədəbi
görüşləri, “Əsrimizin Siyavuşu” əsərinin dil və üslub xüsusiyyətləri, əsərlərində
işlənən izafət birləşmələri təhlil olunur.
Kitabın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədl,
redaktor filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva; rəyçi filologiya
elmləri doktoru, professor İsmayıl Məmmədlidir.
Kitabda çap olunan yazıların müəllifləri filologiya elmləri doktoru, professor
Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Yaqub Babayev, filologiya
elmləri doktoru, dosent Nərgiz Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent
Elnurə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü,
filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Hüseynova, filologiya üzrə fəlsəfə
doktoru, dosent Aytən Hüseynova-Qəhrəmanlıdır.
Şrifti böyüt:
Çap et