AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba
Məhərrəmli 2 fevral gününün Gənclər Günü kimi elan olunmasının Ulu Öndər Heydər Əliyevin adı
ilə bağlı olduğunu vurğulayıb. O, bildirib ki, Heydər Əliyev gənclərə göstərdiyi diqqət və qayğı ilə
onların inkişafına mühüm töhfələr vermiş, Azərbaycanın gələcəyini formalaşdıran gənclər
siyasətinin əsasını qoymuşdur. 2 fevralın Gənclər Günü kimi qeyd edilməsi, həmçinin gənclərin
gələcək inkişafı üçün davamlı olaraq yeni imkanların yaradılmasına olan ehtiyacı bir daha xatırladır.
Ulu Öndərin gənclərə verdiyi dəyər və etimad bir daha gündəmə gətirilərək, Azərbaycan gənclərinin
yeni zirvələrə çatmaq üçün mühüm addımlar atmaqda ilham alması təmin edilir.
Daha sonra çıxış edən Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu
İsgəndərzadə Gənclər Günü münasibətilə bütün gəncləri səmimi qəlbdən təbrik edib və bildirib ki,
bu əlamətdar günün qeyd edilməsi Azərbaycanın gənclər siyasətindəki dönüş nöqtələrindən birini
təşkil edir. Arzu İsgəndərzadə vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci il
fevralın 1-də imzalanan Sərəncam gənclərin təhsilinə, elmin inkişafına və sosial aktivliyinə
göstərilən dövlət dəstəyini ön plana çəkmiş, onların ölkənin siyasi, iqtisadi və mədəni həyatında fəal
iştirak etmələrini təmin etmək məqsədini güdmüşdür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan bu siyasi kurs bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və
inkişaf etdirilir. Azərbaycan Milli Elmlər Akademiyası da ölkənin gənclər siyasətində mühüm rol
oynayır və bu sahədə bir çox təşəbbüslər həyata keçirir. AMEA-nın gənclərlə bağlı siyasəti elmi
inkişafı və intellektual potensialı artırmaq, eyni zamanda gənc alimlərin və tədqiqatçıların
dəstəklənməsi üzərində cəmlənir.
Daha sonra çıxış edən professor Sayalı Sadıqova Gənclər Günü münasibətilə gəncləri səmimi
qəlbdən təbrik edərək, onlara elmi yaradıcılıqlarında uğurlar arzu edib. O, gənclərin cəmiyyətin
inkişafında mühüm rol oynadıqlarını qeyd edərək, onların hər birinin potensialını daha da inkişaf
etdirməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Professor Sayalı Sadıqova gəncləri
elmi seminarlarda və konfranslarda daha fəal iştirak etməyə çağırıb. Bildirib ki, elmi mühitdə
aktivlik gənclərin şəxsi inkişafına böyük töhfələr verir və onları öz sahələrində lider olmağa təşviq
edir. Professor Sayalı Sadıqova gələcəkdə gənclərin dünya səviyyəsində daha böyük uğurlar
qazanacağına olan inamını ifadə edərək, onları daha da irəliləməyə həvəsləndirib.
Sonra Azərbaycan dialektologiyası şöbəsinin elmi işçisi Aynur Saydova xaricdə təhsil proqramları ilə
bağlı təcrübələrindən, baş kitabxanaçı Talehə Bakıxanova isə Türkiyənin İstanbul şəhərinə etdiyi
işgüzar səfərdən danışıb.
Sonda isə 11 nəfər gənc təşəkkürnamə ilə təltif edilib.
Şrifti böyüt:
Çap et