Qazaxıstanda Əl-Fərabinin 1155 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, UNESCO-da Azərbaycan təmsilçisi, ekspert və layihə koordinatoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva- Nəbiyeva 7 aprel Türk Mədəniyyəti İrsi Fondunun və Qazaxıstanın Əl-Fərabi Qazax Milli Universitetinin təşkilatçılığı ilə Almatıda keçirilən konfransda iştirak etmişdir. Dilçi alim Mahmud Kasğarinin "Divanı luğət-it türk" əsərinin görkəmli türkoloq Xalid Səid Xocayevə məxsus əlyazmasının 86 il sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda tapılması, əlyazmanın unikallığı, həmçinin bu tarixi hadisənin təbliğinə çərçivəsində keçirilən tədbirlər haqqında məruzə etmişdir. Çıxış zamanı Xalid Səid Xocayevin ailə albomundan fotolar, arxiv materialları, Bakı, Nyu-York və Parisdə keçirilmiş konfranslardan fotolar nümayiş olunmuşdur.