BAAU-nun Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə 02
may 2025-ci il tarixində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı tədbirlər
silsiləsindən elmi seminar keçirilib.
Elmi seminarın məruzəçi alimi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və
kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi dosent Könül Həbibova olub.
Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, Filologiya
fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbiri universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayevaya açıq elan
edib və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi haqqında məlumat verib. Daha sonra Nəzəri
dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli tədbirin əhəmiyyətindən
danışıb və qonaq məruzəçiyə çıxış üçün söz verib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin aparıcı
elmi işçisi dosent Könül Həbibova tədbir iştirakçılarına həyatımızın mütləq hissəsi olan Süni
intellekt və dilçilikdə yeni imkanlardan, kompüter elmləri, korpus dilçiliyi, koqnitiv elm,
kompüter dilçiliyindən, qeyri-müəyyənlik və dilin tədqiqində yeni metodologiyadan geniş
şəkildə bəhs edib.
Tədbir 4-cü Dayanıqlı İnkişaf Məqsədi, yəni Keyfiyyətli təhsil və onun dilçiliyinin inkişafına
təsirləri və inkişaf etdirilməsi yolları barəsində vacib və maraqlı məlumatlar ətrafında
müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılar qonağa mövzu ətrafında suallar ünvanlayıb.
Şrifti böyüt:
Çap et