İyunun 20-də Nəsimi adına Dilçilik İnstitutunda Əl-Fərabi adına Qazax Milli Universitetinin alimləri ilə görüş keçirilib.
İnstitutun direktoru, professor Nadir Məmmədli qonaqlara Dilçilik İnstitutunun tarixi, elmi istiqamətləri və son illərdə əldə olunan uğurları haqqında məlumat verib. Hər iki qurum arasında əməkdaşlığın elm və təhsil sahəsində mühüm perspektivlər ehtiva etdiyini vurğulayıb.
Daha sonra Qazax Milli Universitetinin heyəti adından çıxış edən professor Madiyeva Gülmira Bayanzanovna səmimi qəbula görə təşəkkürünü bildirib və universitetin dilçilik elmi üzrə apardığı tədqiqatlar, prioritet istiqamətlər barədə məlumat verib. Görüş zamanı elmi əməkdaşlığın genişləndirilməsi, dilçilik sahəsində birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Tərəflər gələcəkdə birgə tədqiqat layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.
Şrifti böyüt:
Çap et