İyunun 25-də Dilçilik İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan elmi müəssisənin direktoru, professor Nadir Məmmədli gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İnstitutun elmi katibi fil.e.d., dosent Aynel Məşədiyeva İnstitutun 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti üzrə yarımillik hesabatı təqdim edib. Hesabatda qeyd olunub ki, cari dövr ərzində institut tərəfindən ümumilikdə 28 elmi tədbir həyata keçirilib. Onlardan biri respublika səviyyəli konfrans olub. Yarım il ərzində institut əməkdaşlarının müəllifliyi ilə 4 kitab, 140 elmi məqalə nəşr olunmuşdur. Məqalələrin 30-u xarici nüfuzlu elmi jurnallarda dərc edilmişdir.
İclasda iştirak edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli hesabatı yüksək qiymətləndirmişdir.
İclasda eyni zamanda bir sıra şöbələrin sənədləri ilə bağlı məsələlərə baxılıb. Monitorinq və linqvistik təhlil şöbəsinin əsasnaməsi təsdiqlənib. İclas zamanı İnstitutun bir sıra əməkdaşları: professor Sayalı Sadıqova, filologiya elmlər doktoru Zenfira Əliyeva və dosent Elçin İsmayılov yubileyləri münasibətilə Fəxri fərmanla təltif ediliblər.
Şrifti böyüt:
Çap et