AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti Humanitar fakültəsinin Filologiya kafedrasının nümayəndəsi ilə görüş keçirilib. Görüşdə hər iki elmi müəssisə arasında müqavilə imzalanıb. Sənəddə birgə tədqiqatların aparılması, nəşr işləri, qarşılıqlı tədbirlərin təşkili və s. məsələlər əksini tapıb.

Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli dilçilik elminin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Professor Azərbaycan-Qazaxıstan elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra Qazaxıstan Mərkəzi Asiya İnnovasiyalar Universiteti Filologiya kafedrasının baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, professor Arzu Qurbanova çıxış edərək birgə layihələrin icrası, kadr hazırlığı məsələlərini diqqətə çatdırıb.

Görüşdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və mətbuat xidmətinin rəhbəri dosent Təranə Şükürlü iştirak ediblər.