Jurnalda Azərbaycan və digər ölkə (Özbəkistan, Türkiyə, Qazaxıstan) alimlərinin dilçilik, dil əlaqələri, dil tarixi, linqvistik poetika, dialektologiya, folklor – müxtəlif rubrikalara aid məqalələri yer almışdır.
Jurnalın bu nömrəsində “Birinci Türkoloji Qurultay - 100” (müəlliflər: akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova, dos. Aysel Qəribli), Milli korpus və leksik infrastruktur: Azərbaycan dilinin söz bazasının yaradılması təcrübəsi (müəlliflər: professor Nadir Məmmədli, professor Məsud Mahmudov, professor İlham Tahirov); personalia (Basqakov 120), resenziya və xronika rubrikalarına aid yazılar yer almışdır.
Jurnalın baş redaktoru Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.
Şrifti böyüt:
Çap et








