AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi işçilərin attestasiyaları keçirilib

Şrifti böyüt:
Çap et

2022-ci ilin aprel ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq elmi işçilərin attestasiyası keçirilib.
Bu məsələ əvvəlcə institutun elmi şurasında müzakirə edilmiş, işçilərin siyahısı, müvafiq sənədlər, eləcə də attestasiyanın keçirilmə vaxtı tərtib olunmuş, attestasiya komissiyası təsdiq edilmişdir.
Attestasiya zamanı elmi işçilərin hər birinin son 5 ildə (2017-2022-ci illər) fəaliyyəti nəzərdən keçirilmiş, onların müvafiq şöbələrdə yerinə yetirilən elmi işlərdə iştirakları, üstünlükləri, tutduqları vəzifəyə uyğun gəlib- gəlmədikləri müəyyənləşmişdir. Hər bir elmi işçinin gələcək fəaliyyətinə dair qeydlər və tövsiyələr verilmişdir.
Qeyd edək ki, bir ay ərzində institutun 94 nəfər elmi işçisi attestasiyadan keçilirilib. 15 nəfər elmi işçinin tutduğu vəzifəsi artırılıb.