Dilçilik İnstitutunda TURKKON-la görüş keçirilib

Şrifti böyüt:
Çap et

1 dekabr 2025-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda TURKKON ‒ Turan Dövlətləri Birləşmiş Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və institutun elmi katibi fil. e. d. Aynel Məşədiyeva TURKKON-un Xarici təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb fikir mübadiləsi aparıblar.

Görüşdə Türk dünyası ölkələri arasında elmi, mədəni və təhsil sahələrində əməkdaşlıq imkanları, əlaqələrin gücləndirilməsi, ortaq tədbirlərin və qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Qonaqlar İnstitutun fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri, dil korpusu üzərində görülən işlər barədə məlumatlandırılıb.

Sonda qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb və görüş səmimi atmosferdə yekunlaşıb.