Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Nüvə enerjisi terminləri lüğəti”nin təqdimatı keçirilib

Şrifti böyüt:
Çap et

26 noyabr 2025-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdindəki İnşaat Kollecində “İngilis, rus və Azərbaycan dillərində nüvə enerjisi terminləri lüğəti” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən müəlliflər AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri fil. e. d., dos. Nərgiz Hacıyeva və İnstitutun dissertantı Nigar Sadıqova kitabın hazırlanma prosesindən, istifadə edilən beynəlxalq və yerli mənbələrdən, həmçinin nüvə sahəsində terminoloji unifikasiyanın əhəmiyyətindən danışıb.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda nüvə energetikasının inkişafı ilə bağlı strateji planlar bu sahədə vahid terminoloji sistemin yaradılmasını tələb edir. 1937 termini əhatə edən lüğət bu ehtiyacı qarşılamaqla yanaşı, dövlət sənədlərində, texniki normativlərdə və təhlükəsizlik standartlarında istifadə edilən terminlərin dəqiq və unifikasiya olunmuş şəkildə tətbiqini təmin edəcək.

Tədbir iştirakçıları lüğətin elmi ictimaiyyət, tədqiqatçılar və enerji sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün mühüm vəsait olduğunu vurğulayıblar.