Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunan Elmi sessiya keçirilib.

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunan “Mirzə Ələkbər Sabir poeziyasında Azərbaycan dilinin leksikası” mövzusunda Elmi sessiya keçirilib.

İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli  tədbirdə Azərbaycan Mirzə Ələkbər Sabirin yaradıcılığından onun xatirəsinə göstərilən dövlət qayğısından, şairə xalq məhəbbətindən söhbət açıb.

 Professor bildirib ki, M.Ə.Sabir 1862-ci il mayın 30-da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxıda dünyaya göz açmış və cəmisi 49 il omür sürmüşdür. O, bütün müsəlman dünyasının ən böyük satirik şairlərindən biri olmaqla o, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər bir ziyalı idi. Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq danışıq dili xüsusiyyətləri əsasında zənginləşdirilməsində Sabir yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Dahi mütəfəkkir çoxəsrlik milli poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmış, həm də ədəbiyyatımızı kefiyyətcə yeni mərhələyə yüksəltmiş, onu ictimai məfkurə baxımından zənginləşdirmişdir. Şairin yaradıcılığında mövhumatla, cəhalətlə, nadanlıqla elm, maarif məsələləri qaranlıqla işıq, zülmətlə nur kimi qarşılaşdırılır.

Nadir Məmmədli vurğulayıb ki, M.Ə.Sabir poeziyamızın dil imkanlarını genişləndirmiş, həm də fərqli dil-üslub xüsusiyyəti yaratmışdır. Onun “Elm təhsili”, “Oğlum” və sair şeirlərində cahilliyi, nadanlığı yayanlar xalqın düşməni kimi təqdim olunur.

İclasda filologiya üzrə fəlsəfə doktoru, dosentlər Elçin İsmayılov “Sabir şeirinin lirizmi”, Gülbəniz Babayeva “Sabir satiralarının dil və üslub xüsusiyyətləri”, Zamiq Təhməzov “Sabir satiralarında psixologizmlər” adlı məruzələrlə çıxış ediblər.

Bildirib ki, Mirzə Ələkbər Sabir dilimizin keşiyində dayanan, onun imkanlarından, üslubi çalarlarından yerli-yerində və böyük sənətkarlıqla bəhrələnən sənətkarlarımızdandır.

Sabir satiralarının dili və üslubu canlı xalq danışıq tərzinə çox yaxındır.

İclasda çıxış edən professor İsmayıl Məmmədli, institutun icraçı direktoru dosent Baba Məhərrəmli qeyd edib ki, çıxışlarında vurğulayıb ki, satirik şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca qayəsini mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil edir. Ədibin bu gün də sevilə-sevilə oxunan, dillər əzbəri olan “Oxutmuram, əl çəkin” , “Xandostu, amandı qoyma gəldi” , “Əkinçi” və yüzlərlə bu kimi satirik şeirləri cəhalətdən qurtulmağa bir çağırış idi.