Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüralıyev TDT-nin İstanbuldakı Katibliyinə
reallaşdırdığı səfər çərçivəsində 3-cü Türk Dünyası Yay Forumunun iştirakçılarını qəbul edib.
Gənc iştirakçılara müraciət edən Baş katib TDT-nin vizyonu, əldə etdiyi nailiyyətlər və gələcək
prioritetləri barədə məlumat verib, Təşkilatın Türk dünyasında əməkdaşlıq və inteqrasiyanın
dərinləşməsində getdikcə artan rolunu vurğulayıb.
Forumda iştirak edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri,
dosent Vəfa Abdullayeva-Nəbiyeva Türk dövlətləri arasında elm, təhsil və dil sahəsində əməkdaşlığın
inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyətini qeyd edib. O, ortaq Türk mədəni irsinin qorunması, ortaq
türk əlifbasının tətbiqi və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlərin Türk
dünyasının inteqrasiyasına mühüm töhfə verdiyini vurğulayıb. Görüş iştirakçılar üçün TDT-nin gələcək
fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını
dəyərləndirmək baxımından əhəmiyyətli platforma olub.
Şrifti böyüt:
Çap et








