Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Qasımovanın 75 illik yubileyi qeyd edilib

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Qasımovanın 75 illik yubileyi qeyd edilib.
Elmi müəssisənin baş direktoru, professor Nadir Məmmədli tədbirdə çıxış edərək Şəlalə Qasımovanın şərəfli həyat yolundan və elmi fəaliyyətindən söz açıb. Nadir Məmmədli Şəlalə Qasımovanı 75 illik yubileyi və elm sahəsindəki xidmətlərinə görə fəxri fərmanla təltif edib.
Tədbirdə çıxış edənlər yubilyarı təbrik edərək ona cansağlığı və uğurlar arzulayıblar.