“Nəzəri dilçilik” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Günel Orucova, “Süni intellekt və kompüter dilçiliyi” şöbəsinin böyük elmi işçisi Maya Heydərova ilə birlikdə AMEA-nın Gəncə Bölməsində keçirilmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfransda iştirak ediblər.
Müəlliflər konfransda “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri” adlı məruzə ilə çıxış etmiş, Nizami Gəncəvi irsinin ənənəvi filoloji tədqiqat metodlarından müasir rəqəmsal humanitar elmlər müstəvisinə keçidi, şairin ədəbi irsinin elektron kitabxanalarda və beynəlxalq elmi platformalarda qorunması, sistemləşdirilməsi və tədqiqi imkanları, eləcə də rəqəmsal texnologiyaların nizamişünaslığın inkişafında rolundan danışıblar. Qeyd edək ki, konfransda yerli alimlərlə yanaşı, dünyanın bir çox ölkələrindən Nizaminin irsini araşdıran tədqiqatçılar da iştirak etmiş, qarşılıqlı müzakirələr baş tutmuşdur.
Şrifti böyüt:
Çap et








