"Türk Dövlətlərində Koqnitiv Dilçiliyin Bu Günü və Gələcəyi" adlı Birinci Beynəlxalq Simpozium

Şrifti böyüt:
Çap et

SİMPOZİUMA DƏVƏT

1990-cı illərdən bu günə qədər "Ver Əlini Türk Oğlu" deyərək Turanı təbliğ edən marşlar yazdıq. 2000-ci illərdən başlayaraq "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" adlı beynəlxalq konfranslar keçirdik. 2010-cu illərdən bu günə qədər "Türk Dövlətləri Birliyinin Qurulması Tarixi Zərurətdir" adlı yazılar yazdıq. Bu gün Türk Oğulları əl-ələ verib Ortaq Türk Gələcəyi qurur. Bu Ortaq Gələcəyin adı "Türk Dövlətləri Təşkilatıdır". Bu gün biz 6 dövlət, bir millətik. Yaxın gələcəkdə bir millət, VAHİD dövlət olacağıq.

Biz, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədən 5 universitet və 2 elmi tədqiqat institutu olaraq, "Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi" adı altında bu ulu DÖVLƏTİN ilk struktur vahidlərindən birini inşa edirik. Bu Beynəlxalq Simpozium həmin Mərkəzin adı ilə atılan ilk addımdır.

"Türk Dövlətlərində Koqnitiv Dilçiliyin Bu Günü və Gələcəyi" adlı Birinci Beynəlxalq Simpozium 15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun ev sahibliyi ilə aşağıdakı qurumlarla əməkdaşlıq şəraitində təşkil olunur:

Bakı Avrasiya Universiteti (Bakı, Azərbaycan),
Qazaxıstan Ə. Baytursunlu Dilçilik İnstitutu (Almatı, Qazaxıstan),
Əlişir Nəvayi adına Özbək Dili və Ədəbiyyatı Universiteti ( Özbəkistan),
Özbəkistan Dünya Dilləri Universiteti (Özbəkistan),
Hacettepe Universiteti (Ankara, Türkiyə),
Trakya Universiteti (Ədirnə, Türkiyə).

SİMPOZİUM MÖVZULARI

VACİB TARİXLƏR

XÜLASƏLƏRİN VƏ MƏQALƏLƏRİN HAZIRLANMASI QAYDALARI

FƏXRİ HEYƏT

HƏMTƏSİSÇİLƏRİN NÜMAYƏNDƏLƏRİ

TƏŞKİLATÇI HEYƏT

SİMPOZİUMUN PROQRAMI

YOL VƏ YERLƏŞMƏ