Şrifti böyüt:
Çap et
İ.Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsinin filologiya elmləri doktoru Hacıyeva Nərgiz Musa qızının “Azərbaycan dilində paronimlər” (məqalələr toplusu) kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Kitabın həcmi 160 səhifədir. Kitabın redaktoru fil.e.d., professor T.M.Hacıyev, rəyçilər fil.e.n., dosent İ.S.Salehova və fil.e.n., dosent T.R.İsmayılovadır.
Kitab Azərbaycan dilində paronimlik hadisəsinin müxtəlif məsələlərini əhatə edən 8 məqalədən ibarətdir. Kitabdan Azərbaycan dilinin leksika və fonetik üslubiyyatı ilə məşğul olan aspirant və dissertantlar, doktorlar, mətbuat işçiləri istifadə edə bilərlər.