Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifəni
tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər
Eksperimental Fonetik Araşdırmalar laboratoriyası üzrə
kiçik elmi işçi vəzifəsinə 2, Terminologiya şöbəsi üzrə
aparıcı elmi işçi vəzifəsinə 1, Sosiolinqvistika və
psixolinqvistika şöbəsi üzrə kiçik elmi işçi vəzifəsinə 2
və Tətbiqi dilçilik şöbəsi üzrə kiçik elmi işçi vəzifəsinə 1
yerdir.
Müsabiqədə magistrlər, elmi işçilər, filologiya üzrə
fəlsəfə doktorları və elmlər doktorları iştirak edə
bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun
olaraq, elan dərc edilən gündən etibarən 1 ay
müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: AZ1143, Azərbaycan Respublikası, Bakı ş.,
H.Cavid pr., 117, V mərtəbə
Elmi katib: (+994 12) 5372088
RƏHBƏRLİK
Şrifti böyüt:
Çap et