AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Şuşa torpağında doğulan dilçi
alim Yusif Vəzir Çəmənzəminli” adlı kitab çap olunub. Kitabın elmi redaktoru
professor Nadir Məmmədli, rəyçilər professor Leyla Vəzirova və şərqşünas Hacı
Mustafa Mail oğludur. Kitabı nəşrə hazırlayan, transfoneliterasiya, tərtib, ön söz və
qeydlərin müəllifi institutun Terminologiya şöbəsinin aparıcı elmi işçisi filologiya
üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlidir.
Təqdim olunan kitabda Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadim,
böyük yazıçı və alim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) dilçilik
görüşlərini, lüğətçılik fəaliyyətini özündə əks etdirən əsərləri, əlyazmaları
toplanmışdır. Əlyazmaların fotofaksimilesi kitaba əlavə olunmuşdur. Alim-
yazıçının müxtəlif əsərlərindən doğma şəhəri Şuşa barədə və dil haqqında elmi-
ədəbi mülahizələri, dəyərli sözləri də seçilərək ayrıca təqdim edilmişdir.
Kitab Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyi və “2022-ci
il – Şuşa ili”nə həsr olunmuşdur.
Şrifti böyüt:
Çap et