MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN ƏSƏRLƏRİNDƏ MÜRƏKKƏB CÜMLƏNİN SEMANTİK-SİNTAKTİK XÜSUSİYYƏTLƏRİ kitabı çap olunub

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səkinə Vidadi qızı Şərifovanın MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN ƏSƏRLƏRİNDƏ MÜRƏKKƏB CÜMLƏNİN SEMANTİK-SİNTAKTİK XÜSUSİYYƏTLƏRİ” kitabı çap olunub.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, rəyçilər filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli və dosent Vahid Adilovdur.

Monoqrafiyada 19-cu əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin əsərlərində işlənmiş mürəkkəb cümlələrin semantik- sintaktik xüsusiyyətlərindən bəhs olunur. Tabeli, tabesiz, həmçinin qarışıq tipli mürəkkəb cümlələr sintaktik bütövlər kontekstində araşdırılır, durğu işarələrinin işlənmədiyi bir dövrün nəzərilə mətni mürəkkəb cümlələrin qrammatik və məntiqi- semantik bütövlük sərhədi müəyyənləşdirilir, dialoji və monoloji nitqdə mürəkkəb cümlənin təqdimi yolları üzə çıxarılır, semantik diferensiallaşma və s. məsələlərə diqqət yetirilir, mətn dilçiliyi ilə bağlı elmi yeniliklər ilk dəfə olaraq dil tarixinin öyrənilməsində tətbiq edilir.

Monoqrafiya dil tarixi və dil nəzəriyyəsi mütəxəssisləri, ali məktəblərin filologiya fakültəsinin müəllimləri, tələbələri, magistrantları, üçün faydalıdır.