AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlinin “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələblər və funksional üslublar” kitabı Roma şəhərində italyan dilində çap olunub.
Qeyd olunub ki, “Via Tiburtina” nəşriyyatında çap olunan kitabın tərcüməçiləri filologiya elmləri doktoru Günel Bayramova və elmi işçi Bəturə Əliyevadır.
Kitabın yazılmasında məqsəd dilin hüdudsuz imkanlarından düzgün istifadə edilməsi, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarına əməl olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməməsi, bu sahələrdə hüquqi tənzimləmənin həyata keçirilməsi və dil pozuntularının aradan qaldırılmasıdır.
Dərs vəsaitindən ali məktəblərin Regionşünaslıq fakültəsinin müəllim və tələbələri istifadə edə bilərlər.
Şrifti böyüt:
Çap et