Şrifti böyüt:
Çap et
AMEA Nəsimi adına Dilçilik İnstitutu Hind-Avropa dilləri şöbəsinin müdiri
professor İlham Tahirovun “İngilis strukturalizmi müstəqil dilçilik məktəbi kimi”
kitabı çap olunub.
Kitabın redaktoru professor Nadir Məmmədli, rəyçilər professor Məsud
Mahmudov, dosentlər Baba Məhərrəmli, Gülşən Axundovadır.
Kitabda Britaniyada ilk ümumi dilçilik professoru Con Rupert Försün
dilçilik görüşləri, məktəbin əsas simaları və onların fəaliyyət məsələləri
araşdırlmışdır.
Kitabda ingilis strukturalizminin tədqiq tarixi, ingilis strukturalizmi
linqvistik strukturalizmin müstəqil istiqaməti kimi, ingilis strukturalizmi linqvistik
ideyaları , ingilis strukturalizmi semantik ideyalarının müasir dilçilikdə inkişafı
məsələləri tədqiq olunub.