AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə professsor
Qəzənfər Kazımovun “İsmin qrammatik kateqoriyalarının tarixi” monoqrafiyası çap
olunub.
Kitabın redaktoru professor Sayalı Sadıova, rəyçiləri professorlar Sevil
Mehdiyeva və İlham Tahirovdur. Monoqrafiyada ismin hal, mənsubiyyət, kəmiyyət
kateqoriyası diaxronik istiqamətdə sistemli şəkildə araşdırılmışdır.
Azərbaycan dilində ismin hallarını əmələ gətirən, hal kateqoriyasını
formalaşdıran morfoloji əlamətlərin tarixi çox qədimdir. Bu əlamətlər hələ şumer
dövründə tam formalaşmış şəkildədir. Müəllifin gəldiyi qənaətə görə şumerdəki
ismin halları həm məzmun, qrammatik, semantika, həm də formal əlamətləri
Azərbaycan dilindəki hallarla demək olar ki, eynidir.
Monoqrafiya Azərbaycan dilinin tarixi haqqında bir sıra diqqətəlayiq nəticələr
çıxarmağa imkan verir. Müəllif mövcud faktlar əsasında müəyyənləşdirir ki, çox
qədim dövrlərdən Azərbaycan dilində ismin qrammatik kateqoriyaları inkişaf
etmişdir.
Şrifti böyüt:
Çap et