Bakı Dövlət Universiteti “Ümumi dilçilik” kafedrasının müəllimi, AMEA
Nəsimi adına Dilçilik İnstitutu “Qədim dillər və mədəniyyətlər” şöbəsinin elmi
işçisi Əzizzadə Türkan Baladayı qızının “Müasir erməni dilinin morfologiyası”
adlı tədris vəsaiti işıq üzü görüb.
Kitabda morfologiya bölməsinə sistematik yanaşılmış, əsas və köməkçi nitq
hissələri ayrı-ayrılıqda ətraflı izah edilmişdir. Tədris vəsaitində Azərbaycan və
erməni dilləri arasında bəzi müqayisəli təhlillər aparılmış, qrabar və aşxarabar
arasında olan morfoloji fərqlərə toxunulmuşdur. Kitab əsas bölmələr olan isim,
sifət, say, əvəzlik, feil, zərf, qoşma, bağlayıcı, modal sözlər, nida və bu bölmələrin
alt başlıqlarından ibarətdir. Nitq hissələrinin morfoloji quruluşu dərindən
araşdırılmışdır. Hər bir mövzu izahından sonra həmin mövzuya uyğun nümunələr
öz əksini tapmışdır. Tədris vəsaitinin sonunda geniş ədəbiyyat siyahısı verilmişdir.
Siyahını Azərbaycan, erməni, rus, ingilis dilli ədəbiyyatlar təşkil edir.
Şrifti böyüt:
Çap et