16 may 2024-cü ildə Koreya Respublikasının Səfirliyində Koreyanın İnha
Universitetinin Multikuturalizm Tədrisi Departamentinin professoru Yunqsub Oh
ilə görüş keçirilib.
Görüşdə Koreya tərəfi Səfirliyimizlə əməkdaşlıq çərçivəsində 2024-cü il 10
iyun tarixində İnha Universitetində Azərbaycan mədəniyyətinə və multikulturalizm
siyasətinə həsr olunuacaq ictimai tədbirin və milli stendin təşkili planlaşdırıldığını
bildirərək bu tədbirin illik əsasda keçirilməsini nəzərdə tutulduğunu qeyd edib.
İnha Universitetinin “Journal of Multiculture and Education” jurnalında çap
edilməsi məqsədilə Azərbaycanlı alimlər və tədqiqatçılar tərəfindən 30 iyun
tarixinədək http: //submission.cims.kr internet səhifəsi vasitəsilə elmi məqalələrin
təqdim olunması mümkündür.
Şrifti böyüt:
Çap et