• Otaq :
  • Əlaqə :
  • Mail :
AZƏRBAYCAN DİLİNİN TARİXİ ŞÖBƏSİ

Azərbaycan dilinin tarixi şöbəsi 1945-ci ildə SSRİ Elmlər Akademiyasının İctimai elmlər bölməsinin nəzdində yaradılmış Dil İnstitutunun dörd əsas şöbələrindən biri kimi fəaliyyətə başlamışdır. O zaman institutun ilk direktoru Miryusif Mirbabayev (1889-1951) seçilmişdir. 1950-ci ildə Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə Dil İnstitutu birləşdirilmişdir. Bu zaman institutun direktoru M.Şirəliyev təyin olunmuşdur.

Azərbaycan dili tarixi şöbəsi mövcud olduğu müddətdə Azərbaycan dilinin dialektologiya şöbəsi ilə iki dəfə birləşib ayrılmışdır. İlk dəfə 1992-ci ildə struktur islahatları ilə əlaqədar Azərbaycan dili tarixi şöbəsi Azərbaycan dili dialektologiyası şöbəsi ilə birləşdirilmiş, “Azərbaycan dilinin tarixi və dialektologiyası” adı altında dörd il fəaliyyət göstərmişdir. 1996-cı ildən Azərbaycan dili tarixi şöbəsi və Azərbaycan dili dialektologiyası şöbəsi yenidən müstəqil şöbələrə ayrılmışdır. 2013-cü ildə Azərbaycan dili tarixi şöbəsi Azərbaycan dili dialektologiyası şöbəsi ilə yenidən birləşdirilmişdir. 2016-cı ildə isə artıq sonuncu dəfə ayrılaraq hər biri müstəqil şöbə kimi fəaliyyətə başlamışdır.

Elmi istiqamət. Azərbaycan dili tarixi şöbəsinin əsas elmi istiqamətləri aşağıdakılardır: Azərbaycan dilinin tarixi qanunauyğunluqları və ədəbi dil problemləri; XIII əsrdən XX əsrin əvvəllərinə qədərki abidələrin tədqiqi; Azərbaycan dilinin tarixi inkişaf mərhələlərini və tarixi qrammatikasını türk dilləri və yazılı abidələri ilə müqayisəli-tarixi aspektdən öyrənilməsi; Azərbaycan ədəbiyyatının qədim və orta əsr yazılı abidələrinin, ayrı-ayrı klassiklərinin dil və üslub məsələlərinin elmi-nəzəri səviyyədə araşdırılması.

Azərbaycan dili tarixi şöbəsinin müdirləri

Azərbaycan dili tarixi şöbəsinin müdiri vəzifəsini müxtəlif vaxtlarda Əbdüləzəl Dəmirçizadə (1945-1950), Məmmədağa Şirəliyev (1951-ci il, 6 ay), Rəsul Əli-Abas oğlu Rüstəmov (1951-1953), Cəlal Heybət oğlu Əfəndiyev (1953-1956), Mirzə Şıxəli oğlu Rəhimov (1960-1968), Rəhilə Məhərrəmova (1968-1974), Vaqif İmaməli oğlu Aslanov (1974-1986), Fazil Əhmədov (1992-1996), Sevil Hacı qızı Mehdiyeva (1996-2013), Teyyub Quliyev (2013-2016), Möhsün Nağısoylu (2016-2018), Teyyub Quliyev (2018-2022) icra etmişlər.

2023-ci ilin yanvar ayından Azərbaycan dili tarixi şöbəsinin müdiri vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova təyin edilmişdir. X.Heydərova işə başladığı gündən 7 ildir plan işi olaraq yarımçıq qalmış “Türk mənşəli arxaizmlər lüğəti” üzərində aparılmış tərtibati işləri toparlamış, nəzərdə tutulmuş 18 mənbənin sayını 60-a çatdırmış, əvvəl qəbul olunmuş leksik arxaizmlərlə kifayətlənməyərək şöbə əməkdaşları tərəfindən arxaizmin bütün – leksik, fonetik, semantik, qrammatik növlərinə aid nümunələrin XIII-XVIII əsrə aid mənbələrdən toplanmasını həyata keçirilməsinə rəhbərlik etmişdir. Onun lüğətçilik sahəsində əldə etdiyi təcrübə və xüsusi metod sayəsində əvvəl 1 cild nəzərdə tutulmuş “Türk mənşəli arxaizmlər lüğəti” il yarım ərzində 3 cildliyə çatdırılmışdır. 2023-24-cü illərdə lüğətin bütün cildləri çapdan çıxmışdır. Bundan başqa, Azərbaycan dili tarixi şöbəsinin 50 ildir yarımçıq qalmış “Azərbaycan dilinin tarixi lüğəti (XIII-XIX əsrlər)” 2 cildliyi X.Heydərovanın rəhbərliyi altında 4 cild həcmində yenidən işlənilmişdir. Hazırda lüğətin 2 cildi “Şərq-Qərb” nəşriyyatında çapdadır.

Azərbaycan dili tarixi şöbəsinin əməkdaşları

Afina Cavad qızı Əlizadə (1930-2010), filologiya elmləri doktoru.
Minayə Nəsrəddin qızı Cavadova (1936-1996), filologiya elmləri doktoru.
Müseyib Bayram oğlu Məmmədov (1928-2008), filologiya elmləri doktoru, professor.
Məhərrəm Camal oğlu Əhmədov (25.01.1954, Bakı), filologiya elmləri namizədi.
Vahidə Mədət qızı Cəfərzadə (02.07.1952), filologiya üzrə fəlsəfə doktoru, dosent.
Reyhan Qaraş qızı Mədətova (05.06.1965), filologiya üzrə fəlsəfə doktoru.
Aynur Vaqif qızı Mahmud (22.12.1977), filologiya üzrə fəlsəfə doktoru.
Aynur Famil qızı Paşayeva (08.07.1978), filologiya elmləri doktoru, dosent.
Elnurə Alim qızı Abbasova (18.04.1985), filologiya üzrə fəlsəfə doktoru.
Rəna Namiq qızı Abbaslı (11.07.1998), kiçik elmi işçi.
Azərbaycan dili tarixi şöbəsinin əsas elmi nəticələri

Rəhilə Məhərrəmova. Sabirin satirik şerlərinin leksikası [Mətn]: sinonimlər, omonimlər, antonimlər /R.Məhərrəmova; red. M.Rəhimov; Azərb.SSR EA Nizami ad. Ədəbiyyat və Dil İn-tu.- Bakı: Azərb.SSR EA, 1968. 114 s.

G.H.İsmayılova, Azərbaycan əlifbasının tarixi. Əsər rus dilində çap olunmuşdur (вопросы совершенствования алфавитов тюрских языков СССР. Москва, «Наука» 1972. АНСССР. Институт языкознания.

Sevil Mehdiyeva. Yazılı dastanların dili (XVIII əsr Azərbaycan yazılı dastanı abidəsi. “Şəhriyar” dastanının dili və üslubu. “Şəhriyar” dastanının materialları əsasında). Bakı “Elm” 1974, 176 səh.

Rəhilə Məhərrəmova. Sabirin dili: [leksik semantik kateqoriyalar]. Bakı: Maarif, 1976.- 107 s.

Minayə Cavadova Şah İsmayıl Xətainin leksikası (“Dəhnamə” poeması üzrə). Bakı, “Elm” nəşriyyatı, 1977, 215 səh.

Muradxan Cahangirov Azərbaycan milli ədəbi dilinin təşəkkülü. I h. Bakı, “Elm” nəşriyyatı, 1978, 233 səh.

Vaqif Aslanov, V.Qukasyan “Исследования по истории азербайджанского языка дописьменного периода”. Bakı, “Elm”, 1986, 228 s.

Muradxan Cahangirov. Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dilinin aparıcı üslubları. Azərbaycan milli ədəbi dilinin təşəkkülü monoqrafiyasının II hissəsi. Bakı, “Elm”, 1989, 280 s.

Azərbaycan dili xaricdə (kollektiv əsər). Bakı, “Elm”, 1990, 172 s.

Afina Əlizadə. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin elmi üslubu. Bakı, 1996, 105 səh.

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı: “Elm”, 1999, – 204 səh.

Vaqif Aslanov. “Azərbaycan dilinin tarixinə dair tədqiqlər. II cild. (“Tədqiqlər”ə əlavə), Bakı, “Elm” nəşriyyatı, 2003, 271 s.

R.Mədətova “XIII-XVIII əsrlər Azərbaycan dili yazılı abidələrində məsdər”. Bakı, “Nurlan” nəşriyyatı, 2002, 130 səh.

Vahidə Cəfərzadə “XIX əsr aşıq üslubunda yazılmış Azərbaycan poeziyasının leksikası”. Bakı, “Nurlan” nəşriyyatı, 2002, 96 səh.

Vahid Adilov. XIX əsr Azərbaycan ədəbi dilinin elmi üslubu. Bakı, “Nurlan” nəşriyyatı, 2002, 135 səh.

Qəzənfər Kazımov “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”. Bakı, “Nurlan” nəşriyyatı, 2009, 584 səh.

Azərbaycan ədəbi dili tarixi. I c. Bakı, “Şərq-Qərb”, 2007. – 478 s.

Rəhilə Məhərrəmova. Kitabi-Dədə Qorqudun söz xəzinəsi. Bakı, “Nurlan”, 2007, 324 s.

Azərbaycan ədəbi dili tarixi. II c. Bakı, “Şərq-Qərb”, 2007. – 328 s.

Azərbaycan ədəbi dili tarixi. III c. Bakı, “Şərq-Qərb”, 2007. – 336 s.

Azərbaycan ədəbi dili tarixi. IV c. Bakı, “Şərq-Qərb”, 2007. – 421 s.

Aynur Qədimalıyeva. Qazi Bürhanəddin “Divan”ının leksikası. Bakı, “Nurlan”, 2008, 184 s.

Sevil Mehdiyeva. Bayatıdan dastana. Bakı, 2010, “Elm və Təhsil”.

Rəhilə Məhərrəmova. XV-XVI əsrlərdə Azərbaycan ədəbi dili: leksika, söz yaradıcılığı. Bakı, “Elm Təhsil”, 2012, 224 s.

Aqşin Məmmədov. “Tarixi yaddaş milli dil güzgüsündə (Qədim türk abidələrinin leksikası və Azərbaycan dili)”. Bakı, ADMIU-nun nəşriyyatı, 2015, 292 s.

Sevil Mehdiyeva. Ədəbi dil məsələləri. Bakı, “Elm və təhsil”, 2012, 354 s.

Məhəmməd Füzulinin poetik əsərlərinin izahlı lüğəti. Bakı, “Elm”, 2014, 376 s.

Qəzənfər Kazımov “Azərbaycan dilinin tarixi sintaksisi”. Bakı, “Elm”, 2019, 608 səh.

Vahid Adilov, Rəxşanə Babazadə. Mirzə Məhəmməd Əfşar "Fənni-sərfü nəhvi-türki" (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti), Bakı, "Elm və Təhsil", 2015, 260 səh.

“Kitabi-Dədə Qorqud” dastanının qrammatik tədqiqi (fonetik; morfoloji və sintaktik təhlil). Bakı, “Elm”, 2018, 492 s.

İmadəddin Nəsimi: dili və üslubu. Sevil Mehdiyeva, Türkan Əsgərova, Şahnazxanım Şükürzadə. Bakı, 2019, 576 s.

Aynur Mahmud. “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)”. Monoqrafiya. Bakı: “Elm və təhsil”, 2019, 200 səh.

Vahidə Cəfərzadə. Mustafa Zərir. Fütuhüş-Şam (Şamın fəthi). / Əlyazmanın mətnini transfoneliterasiya edib nəşrə hazırlayan, ön sözün müəllifi, izahlar və lüğətin tərtibçisi: Vahidə Cəfərzadə. Bakı, “Zərdabi Nəşr” MMC, 2022, 1198 səh.

Sevil Mehdiyeva. Azərbaycan ədəbi dilinin tarixi. I hissə: şifahi dövr (folklor qaynaqları əsasında). Bakı, "Elm və təhsil", 2023. 474 səh.

Türk mənşəli arxaizmlər lüğəti (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında). I cild. A, B, C, Ç, D, E, Ə hərfləri. Bakı, “Elm və təhsil”, 2024. 462 səh.

Türk mənşəli arxaizmlər lüğəti (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında). II cild. F, G, H, X, I, İ, K, Q, L, M, N, P hərfləri. Bakı, “Elm və təhsil”, 2024. 464 səh.

Türk mənşəli arxaizmlər lüğəti (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında). III cild. S, Ş, T, U, Ü, V, Y hərfləri. Bakı, “Elm və təhsil”, 2024. 480 səh.

Azərbaycan dilinin müxtəsər tarixi lüğəti. 2 cildlik. I cild. Şərq-Qərb Nəşriyyatı, 2025. 675 səh.

Azərbaycan dilinin müxtəsər tarixi lüğəti. 2 cildlik. II cild. Şərq-Qərb Nəşriyyatı, 2025. 675 səh.

Vahidə Cəfərzadə. Ərzurumlu Mustafa Zərir “Siyərün-Nəbi”. Bakı, "Elm və təhsil", 2025. 484 səh.

Aynur Paşayeva. “XV əsr Azərbaycan ədəbi dili”. Bakı, "Elm və təhsil", 2025. 346 səh.

Aynur Mahmud. Azərbaycan ədəbi dilinin Məhəmməd Füzuli zirvəsi (türkcə qəzəllərinin linqvopoetik xüsusiyyətləri). Bakı, "Elm və təhsil", 2025. 240 səh.