Özbəkistanın Qaraqalpaq Muxtar Vilayətinin Nökis şəhərində “Qaraqalpaq ədəbiyyatının fəxri Hacıniyaz” adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov və Əlyazmalar İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Nəzakət Məmmədli məruzə ilə çıxış ediblər.
Alimlər, həmçinin Berdağ adına Qaraqalpaq Universitetinin Özbək filologiyası, Qaraqalpaq filologiyası və Türkmən filologiyası fakültələrində təhsil alan bakalavr və magistrantlara Azərbaycan dili və ədəbiyyatı, yeni türkologiya haqqında elmi seminar keçiblər.
Simpoziumu Qaraqalpaq xalqının böyük şairi Hacıniyaz Kosıbay oğlunun anadan olmasının 200 illik yubileyi münasibətilə Qaraqalpaq Dövlət Universiteti təşkil edib.
Şrifti böyüt:
Çap et