Əməkdaşımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Şrifti böyüt:
Çap et

09 may 2025-ci il tarixində Beynəlxalq Diaspor Mərkəzi və Dərələyəz İcmasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev irsi və Qərbi Azərbaycana qayıdış: diasporun rolu" mövzusunda tədbir keçirilmişdir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova "Qərbi Azərbaycana qayıdacağımıza inanırıq!" mövzusunda çıxış etmişdir. Çıxışı zamanı Nigar Həsənova Qərbi Azərbaycan bölgəsinə məxsus olan onomastik vahidlərin, dialektoloji materialların toplanması, araşdırılması istiqamətində görülən işlərə, bu işlərin daha da sürətləndirilməsi məsələlərinə diqqəti çəkmişdir.

Çıxışdan sonra əməkdaşımıza tədbirdən xatirə olaraq böyük rəmzi məna daşıyan hədiyyə - İrəvan xanlığının bayrağı təqdim edilib.