19.02.2026-cı il tarixində Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva “21 Fevral -
Beynəlxalq Ana Dili Günü” münasibətilə 147 nömrəli texniki-humanitar liseydə
keçirilən dəyirmi masada iştirak edib. Tədbirdə liseyin Uşaqlarla məktəbdənkənar
və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini Z.Zarina, Uşaq birliyi təşkilatının
rəhbəri H.Fatma, psixoloq A.Humay iştirak ediblər.
E,Əliyeva Ölkə Prezidentinin dilə olan qayğısından söz açıb, qloballaşan dünyada
beynəlxalq dillər arasında Azərbaycan dilinin yeri və əhatə dairəsi, dilimizin yad
təsirlərdən qorunma yollarından danışıb. Şagirdləri internet resurslarından
səmərəli istifadə etməyə və ana dilində müxtəlif məzmunlar yaratmaqla veb bazanı
genişləndirməyə dəstək olmağa səsləyib. Sonda E.Əliyeva şagirdlərin mövzu ilə
bağlı suallarını da cavablandırıb.
Şrifti böyüt:
Çap et






