Nəsimi adına Dilçilik İnstitutunun alimləri beynəlxalq konfransda iştirak edib

Şrifti böyüt:
Çap et

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarından Terminologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Şəlalə Ana Hümmətli, Qədim dillər və mədəniyyətlər şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. dos. Aysel Əhmədova, böyük elmi işçisi Rəxşanə Babazadə, elmi işçisi Böyükxanım Əsgərova, Azərbaycan dilinin dialektologiyası şöbəsinin böyük elmi işçisi Aynur Saydova, Müasir Azərbaycan dili şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, doktorant Fatimə Fətullayeva Türkiyənin Kafkas Üniversitesi və Xəzər Universitetinin birgə təşkil etdiyi 29 aprel 2026-cı ildə Bakıda keçirilən “I. ULUSLARARASI TÜRK DÜNYASINDA KÜLTÜR VE DEĞERLERİN İZLERİ" Simpoziumunda iştirak etmişlər.

Simpozium çərçivəsində fil.ü.f.d., dos. Şəlalə Ana Hümmətli "Salman Mümtazın “Ədəbi Lüğət”ində Qədim Türk Sözləri və “Mümtaz” Misallar", fil.ü.f.d. dos. Aysel Əhmədova "Tibet dilindən tərcümə olunmuş qədim uyğur abidələrində sanskrit sözləri", Rəxşanə Babazadə "Mustafa Zəririn "Yüz hədis və yüz hekayə" əsərində didaktik üslub", Aynur Saydova "Kodeks Kumanikus" əsərində "Tanrı sevgisi" mətninin linqvotekstoloji təhlili", Böyükxanım Əsgərova "Tövratın "Yaradılış" kitabındakı müqəddəs adlar türk dillərində", Fatimə Fətullayeva "Yeni Yol" qəzetində dərc olunan əlifba mövzulu məruzələrin təhlili (Jirkov Lev İvanoviç, Məmmədzadə, Alimcan Şərəf)" mövzularında məruzələrlə çıxış etmiş və sertifikatla təltif olunmuşlardır.