7-9 may 2026-cı ildə Türkiyənin Isparta şəhərində Süleyman Dəmirəl Universitetində keçirilən Söylem 5. Uluslararsı Filoloji Sempozyumu adlı beynəlxalq tədbirdə Nəsimi adına Dilçilik İstitutunun 4 əməkdaşı fil.e.d, prof. Mayıl Əsgərov, fil.e.d, prof. Sevinc Əliyeva, fil.ü.f.d., dos. Zülfiyə Musavi, böyük elmi işçi Sevunc İsmayılova əməli şəkildə üz-üzə və fil.e.d, dos. Gülsüm Hüseynova onlayn qaydada iştirak etmişdir.
Tədbirin açılışında çıxıs edən fil.e.d, prof. Mayıl Əsgərov qeyd etmişdir ki, Türk xalqları arsandakı dostluq və qardaşlığın kökləri çox qədim tarixlərə dayanır. Amma bu dostluğun və qardaşlığın əməli memarı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyənin böyük siyasi xadimi Süleyman Dəmirəldir. Onlar bir birinə heç vaxt sadəcə adı ilə müraciət etməmişdir. Heydər Əliyev cənabları həmişə Dostum Qardaşım Süleyman Dəmirəl demişdir və bu dostluq, qardaşlıq hissəlri hər kəsə sıçramışdır.
Dilçilik İnstitutunu təmsil edən heyət bu tədbirdə Azərbaycan dilçilyinin elmi potensialını ləyaqətlə nümayiş etdirmiş, digər ölkələrdən olan nüməyəndələrin rəğbətini qazanmışdır.
Şrifti böyüt:
Çap et








