Şrifti böyüt:
Çap et
Qırğızıstan Respublikası Prezidentinin yanında Milli Elmlər Akademiyasının Bolot Yunusalıyev adına Dilçilik İnstitutunun nümayəndəsi AMEA Nəsimi adına Dilçilik İnstitutunda qonaq olub.
Görüş zamanı çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli son illərdə Azərbaycan-Qırğızıstan münasibətlərinin dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Professor qeyd edib ki, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında dilçilik və türkologiya sahələrində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Görüşdə gələcək elmi əməkdaşlığın genişləndirilməsi və birgə elmi fəaliyyətin həyata keçirilməsi məsələləri müzakirə olunub.







