86 il sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru prof.Nadir Məmmədli tərəfindən Türk dünyasının ilk mütəşəkkil lüğətinin, etnik kodunun, Türkün ilk dəfə sərhədlərinin əks olunduğu Mahmud Kaşğarinin "Divanü lügat-it türk" əsərinin Xalid Səid Xocayevə məxsus latın qrafikasında ilk tərcüməsi artıq dünya diqqəti mərkəzindədir. Belə ki UNESCO çərçivəsində 2024-2025-ci illərdə türk ləhcələrinin toplusu olan Mahmud Kaşğarinin "Divanü lügat-it türk" əsərinin 950 illik yubileyi qeyd olunacaq. Təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası, mədəniyyəti, dili, tarixi, etnoqrafiyası üçün olduqca mühüm olan bu hadisə və əsərin UNESCO-nun Mədəni İrs layihəsi çərçivəsində təbliğində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyaya minnətdarlığımızı bildiririk.
Şrifti böyüt:
Çap et